Landşaft işləri: Təbiətin füsunkar gözəlliyini həyətinizdə yaradın! 

 Landşaft işləri ümumiyyətlə həyətyanı ərzidə və ya bağda müxtəlif estetik və praktiki tənzimləmələri əhatə edir. Bu tədbirlərə bitkilərin əkilməsi, suvarma sistemlərinin quraşdırılması, daşların döşənməsi, hasarların tikintisi və gəzinti yollarının yaradılması kimi müxtəlif fəaliyyətlər daxildir. Landsaft islerinə ərazinin daha gözəl, faydalı və funksional olması üçün layihələndirmə və təmir işləri daxildir.

Landşaft işlərində nələri əvvəlcədən planlamalıyıq?

1. Araşdırma və planlaşdırma: İqlim və torpaq quruluşu kimi faktorları nəzərə alaraq ərazinizi təhlil edin və uyğun bitki növlərini müəyyənləşdirin.

2. Landşaft işləri üçün büdcə: Sərf etmək istədiyiniz büdcəni müəyyənləşdirin və uyğun seçimlər edərək lazımsız xərclərdən qaçınmağa çalışın.

3. Dizayn və tənzimləmə: Balanslı bir kompozisiya yaratmaq üçün məkanınızın ölçülərinə və formasına uyğun bir çertyoj çəkin, landsaft isleri üçün hazırlıq görün.

4. Bitki seçimi və yerləşdirilməsi: Bitki növlərini böyümə xüsusiyyətlərinə, qulluq tələblərinə və estetikası əsasında seçərək landşaftınızı zənginləşdirə bilərsiniz.

5. Mövsümi baxım məsləhətləri: Landsaft isleri müxtəlif fəsillərdə dəyişir. Yazda bitkilərin budanması və gübrələnməsi vacibdir. Yaz aylarında suvarma tezliyi artırılmalıdır. Payızda yarpaqlar təmizlənməli, qışa hazırlıq görülməlidir.

Landşaft işlərində hansı bitkilər və ağaclar istifadə edilir?

Balaca ağaclar və gül kolları: Lavanda, qızılgül, azalea və ətirşah kimi müxtəlif ölçülü və rəngli kollar mənzərənizin vizual olaraq cəlbediciliyi artıracaq. Landsaft isleri zamanı onları səki ətarfına yerləşdirərək yol boyu füsunkar görünüş əldə edəcəksiniz.

Ağaclar: Palıd, ağcaqayın, çinar, maqnoliya və albalı kimi müxtəlif fəsillərdə çiçək açan, yarpaqlarını tökən ağaclar landşaft işləri zamanı estetiklik qatacaq, yay aylarında həmçinin kölgəsindən istifadə edə bilərsiniz.

Həmişəyaşıl və yarpaqlı bitkilər: Dörd fəsildə yaşıl qalan ağaclar arasında şam, küknar, ladin, sərv ən məşhur həmişəyaşıl ağaclar sırasındadır. Həmişəyaşıl ağac növlərindən olan sərv tingi hündürlüyü 10-15 metrə çatan həmişəyaşıl və göy rəngli ağacdır. Landsaft isleri zamanı  bu ağaclar əraziyə canlanma və gözəllik qatacaq.

Su bitkiləri: Əgər landşaft işləri zamanı ərazidə su hövzəsi varsa, su zanbaqları,  şanagüllə kimi  su bitkilərini əlavə edərək  ətrafı təbii cazibə və ekosistem ilə təmin edə bilərsiniz. Bu bitkilərdən balanslı şəkildə istifadə edərək landşaftınızın təbii gözəlliyi bir az da göz önünə çıxacaq.

Landşaft işlərində trendlər və yeniliklərlə bağlı platformalar

Landşaft dizaynı üçün ilham alacağınız bəzi onlayn resurslar bunlardır:

Pinterest: Landşaft işləri ilə bağlı çoxlu ruhlandırıcı vizual məzmun təklif edən Pinterest bağın abadlaşdırılması və bitki seçimi haqqında fikirlər əldə edə biləcəyiniz platformadır.

Better Homes &Gardens: Ev dekorasiyası və landşaft işləri  üzrə ixtisaslaşan “Better Homes & Gardens” saytı landşaft dizaynı və bitki baxımı üzrə  faydalı məsləhətlər təklif edir.

Gardenista: Müasir və dəbli landşaft dizaynı ilə maraqlananlar üçün Gardenista trendləri izləmək və ilham almaq üçün əla mənbədir.

The Spruce: Ev həyatı ilə bağlı bir çox mövzuda məzmuna malik  The Spruce bağ baxımı, landşaft dizaynı və landşaft işləri ilə bağlı məlumatlandırıcı məqalələr və məsləhətlər təqdim edir.

YouTube: YouTube-da siz landşaft işləri və bağa qulluq haqqında çoxlu maarifləndirici video məzmun tapa və peşəkar landşaft dizaynerlərindən praktiki məsləhətlər ala bilərsiniz.

Bu resurslardan ilham alaraq, siz öz abadlıq layihələrinizi planlaşdıra və açıq məkanınızı istədiyiniz kimi formalaşdıra bilərsiniz.

  Landşaft işləri zamanı daha gözəl və uğurlu nəticə almaq üçün peşəkarlara müaciət etməyiniz daha yaxşıdır. Sizin seçiminizə uyğun olan landşaft dizaynını  Azərtürk İnşaatın peşəkar komandası həyata keçirsin. İndi zəng edin, daha gözəl bir həyətə və bağa sahib olun!