HAQQIMIZDA

Tikinti
sahəsində

12

illik təcrübə

Keyfiyyətli bina
keyfiyyətli həyat deməkdir

Sizlər üçün keyfiyyətli həyatı təmin etmək məqsədilə 2012-ci ildə bu yola çıxdıq. Ötən 10 il ərzində kifayət qədər iri və uğurlu layihələrə imza atan Azər Türk İnşaat nə qədər gənc bir şirkət olsa belə öz işinə daim ciddi yanaşmışdır.

Belə ki, ilk layihəmiz olan “JW Marriott Absheron Baku”-dan sonra tikinti sənayesində pillə-pillə irəliləməyə başladıq.  Növbəti böyük həcmli layihələrimiz sırasına “Four Seasons Hotel”, “Port Baku Residence Tower”, “SOFAZ Tower”, “NGA” və “Shahdag  Hotels’ Group”, “Sea Breeze Bravo”, “CWF Skate Park” və s. daxil oldu.

Təcrübəli və ixtisaslı mühəndislərimiz istər bir komanda kimi, istərsə də xüsusi tapşırıqları icra edən fərdi mütəxəssislər kimi istənilən mürəkkəbliyə malik layihədə işləməyə hazırdırlar. Mərkəzləşdirilmiş və standartlaşdırılmış iş sistemimiz layihənizdə “Keyfiyyət Təminatı” yanaşmasını tətbiq edərək istəyinizə vaxtında və büdcəyə uyğun şəkildə çatmağa kömək edir.

Tikinti sənayeləri üçün tikinti və təmir xidmətlərinin aparıcı təchizatçısı kimi reputasiyamız son illər ərzində böyük layihələr üzərində işləmək təcrübəmizə əsaslanır. İmkanlarımızın genişliyi o deməkdir ki, biz sizin dəqiq ehtiyaclarınızı ödəmək üçün həlləri uyğunlaşdıra bilir və sizə istənilən şəraitdə təmir, tikinti və təchizat kimi xidmətlər təklif edirik.